• şənbə, 20 Aprel, 00:21
  • Baku Bakı 15°C

XİN-də geniş tərkibli iclas keçirilib

22.05.18 13:03 725
XİN-də geniş tərkibli iclas keçirilib
Bu gün xarici işlər naziriElmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
XİN-dən APA-ya verilən məlumata görə, iclasdaElmar Məmmədyarovprezidentİlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunmuşRamiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir prezidentİlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-nin qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.
İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd edilib.
Xarici işlər nazirinin müavini təyin olunmuşRamiz HəsənovMoskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan RespublikasıStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb.
banner

Oxşar Xəbərlər