• çərşənbə axşamı, 19 mart, 13:46
  • Baku Bakı 8°C

XİN Dağlıq Qarabağda çıxış etmiş musiqiçiləri "qara siyahı"ya salacaq

28.04.17 14:20 716
XİN Dağlıq Qarabağda çıxış etmiş musiqiçiləri "qara siyahı"ya salacaq
"İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırılacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək”.
Bu sözləriAPA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Dağlıq Qarabağdakı separatçı rejimin dəvəti ilə "Sülh naminə incəsənət” layihəsi çərçivəsində italiyalı pianoçu və dirijor Luka Ferini, sloveniyalı klarnet ifaçısı Yoje Kotar və skripkaçı Çrtomir Şişkoviçin Şuşadakı rəssamlıq muzeyində konsert proqramı ilə çıxış etməsinə münasibət bildirən H. Hacıyevin sözlərinə görə, aparılan araşdırma nəticəsində həmin şəxslərin adları "arzuolunmaz şəxslər" siyahısına salınacaq: "Musiqi və incəsənət sülhə xidmət etməli olduğu halda, müəyyən maddi maraqlar naminə sözügedən əcnəbi musiqiçilərin Ermənistanın təbliğat maşınının alətinə çevrilmələri, işğal olunmuş ərazilərdə, o cümlədənŞuşaşəhərində Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı törədilən vandalizm siyasətinin ört-basdır edilməsinə xidmət etmələrini kəskin şəkildə qınayırıq. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır. Bu kimi qanunsuz fəaliyyət hüquqi məsuliyyət ehtiva edir”.
banner

Oxşar Xəbərlər