• cümə, 26 Aprel, 23:02
  • Baku Bakı 22°C

XİN: "Bu, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq"

22.11.18 14:07 503
XİN: "Bu, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq"
Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva Trend-ə bildirib ki, məsələ Azərbaycannın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır: "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Trend-ə bildirilib ki, təşkilat sözügedən məsələni araşdırmaqla məşğuldur.
banner

Oxşar Xəbərlər