AZE | RUS | ENG |

XİN: Bu fikirlər Azərbaycan-RF münasibətlərinə xələl gətirmək məqsədi güdür

XİN: Bu fikirlər Azərbaycan-RF münasibətlərinə xələl gətirmək məqsədi güdür
Rusiya-Ermənistan "Lazarev klubu”nun iclasında səsləndirilən fikirlər Azərbaycan-RF münasibətlərinə xələl gətirmək məqsədi güdür.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu”nun ilk iclasında səsləndirilən fikirləri şərh edərkən bildirilib.

Qeyd olunub ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu”nun birinci iclası barədə məlumatlar yayıb:

"Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının 7-ci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür. Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir".

Bildirilib ki, V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir: "Nəhayət, "Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176