• şənbə, 20 Aprel, 17:06
  • Baku Bakı 23°C

XİN: BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var

31.07.18 14:33 606
XİN: BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var
BMTBaş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.
BunuAPA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanınnazirlərarasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, həmingörüşdən əvvəl də görüşkeçirilməsi məsələsi var: "Prinsipial razılıq əldə olunub ki, nazirlərBMTBaş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.
banner

Oxşar Xəbərlər