• cümə, 29 Mart, 00:03
  • Baku Bakı 7°C

XİN başçısı: "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir"

18.10.17 15:10 2629
XİN başçısı: "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir"
"Avropa İttifaqıilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. HazırdaAvropa Komissiyasıilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir".
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovpolşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan Aİ-nın 10 ölkəsi ilə strateji tərəfdaşdır.
"Daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Düşünürük ki,Avropa İttifaqıilə saziş strateji əhəmiyyətli olmalıdır. Avropa Komissiyasının üzvləri bu ayın sonu Azərbaycana gələcəklər. Digər dövlət qurumları da müzakirələrdə yaxından iştirak edir.Avropa İttifaqıilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Hazırda enerji sahəsində strateji əhəmiyyətə malik əməkdaşlıq mövcuddur. Bununla belə, bütün sahələri əhatə edən müzakirələrə hazırıq", - deyə E. Məmmədyarov bildirib.
banner

Oxşar Xəbərlər