• cümə, 29 Mart, 10:04
  • Baku Bakı 5°C

XİN: Azərbaycanın uğurları bəzi xarici dairələri ciddi narahat edir

11.07.18 11:15 695
XİN: Azərbaycanın uğurları bəzi xarici dairələri ciddi narahat edir
"Dünən Gəncədə baş vermiş provokativ, ölkədə sabitliyi pozmağa yönəlmişcəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Ermənistanda daxil olmaqla, bəzi xarici dairələri ciddi sürətdə narahat edir”.
APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, arxa cəbhədə xidmət edən polisə əl qaldırmaq ön cəbhədə xidmət göstərən əsgərlərəxəyanətdir: "Keçirdiyimizhərbi parad Ermənistan və pis niyyətli xarici qüvvələri narahat edib. Bu hərəkətləri alqışlayan, dəstək verən başqa ölkələrdəki milli satqınlar xalqımız qarşında utanmalıdır. Bu cür hərəkətlərə əl atan şəxslər qarşılarındaAzərbaycan xalqını görəcəklər. Mən bir gəncəli olaraq gənclərimizi ayıq-sayıq olmağa çağırıram”.
banner

Oxşar Xəbərlər