• cümə, 29 Mart, 09:40
  • Baku Bakı 5°C

XİN Azərbaycan vətəndaşının Rusiyada təyyarə qəzasında ölməsi faktı ilə bağlı məlumat yayıb

12.02.18 12:00 670
XİN Azərbaycan vətəndaşının Rusiyada təyyarə qəzasında ölməsi faktı ilə bağlı məlumat yayıb
"Azərbaycan Xarici İşlər, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əlaqələndirilmiş şəkildə Saratovhavayollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olmasını araşdırıb”.
Bunu APA-ya XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır: "Məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadır”.
Qeyd edək ki, fevralın 11-dəyerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo"havalimanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. RusiyaFövqəladə Hallar Nazirliyisərnişin və heyət üzvlərinin qəza nəticəsində öldüyünüaçıqlayıb.
banner

Oxşar Xəbərlər