AZE | RUS | ENG |

XİN Azərbaycan vətəndaşının ABŞ-da tutulması faktına münasibət bildirdi

XİN Azərbaycan vətəndaşının ABŞ-da tutulması faktına münasibət bildirdi
ABŞ-dan qanunsuz olaraq mikroelektronikanın çıxarılması ittihamı ilə Sevinc Tağıyeva adlı Azərbaycan vətəndaşı saxlanıb. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O qeyd edib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır. Hüquq-mühafizə orqanlarından səfirliyə bildiriblər ki, ittiham irəli sürülən 11 nəfərdən biri Azərbaycan vətəndaşı Sevinc Tağıyevadır və o, hazırda ixrac proseduralarını pozmaq ittihamı ilə Hyustonda həbsdədir: “Biz öz vətəndaşımıza bu məsələ ilə bağlı istənilən konsul dəstəyi verməyə hazırıq. Proseslərin gedişini nəzarətdə saxlayırıq”. Xatırladaq ki, oktyabrın 2-də Hyustonda ABŞ-dan qanunsuz olaraq mikroçiplərin çıxarılması ittihamı ilə 8 nəfər saxlanıb. Onlara qarşı müvafiq lisenziya olmadan ABŞ ərazisində yüksək texnologiyaların çıxarılması və casusluqla bağlı ittiham irəli sürülüb. Ümumilikdə 11 nəfərə ittiham irəli sürülsə də, onlardan 8 nəfər saxlanıb. Rusiya kütləvi informasiya vasitələri saxlanan şəxslər arasında Şövkət Abdullayev adlı daha bir azərbaycanlının olduğunu bildirir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815