• şənbə, 20 Aprel, 12:07
  • Baku Bakı 23°C

XİN: Azərbaycan-Türkiyə hərbi təlimləri regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir

28.07.20 17:43 654
XİN: Azərbaycan-Türkiyə hərbi təlimləri regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir
"Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir”.
APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
"Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”, - deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Ermənistan XİN-i son şərhində Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimi bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirib.
banner

Oxşar Xəbərlər