AZE | RUS | ENG |

XİN: Azərbaycan danışıqları Ter-Petrosyanın vaxtından Ermənistanla aparır

XİN: Azərbaycan danışıqları Ter-Petrosyanın vaxtından Ermənistanla aparır
"Məntiqə uyğun olmayan, tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir".
 
Bu sözləri APA-ya açıqlamasında Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Ermənistanın Qarabağın yerinə danışıqlar apara bilməyəcəyinə dair açıqlamasını şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, hələ Levon Ter-Petrosyan prezident olduğu vaxtdan bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır: "Qarabağdan olub-olmamasından asılı olmayaraq, Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb. İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır.”





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000