• cümə, 29 Mart, 01:26
  • Baku Bakı 7°C

XİN aydınlıq gətirdi

10.02.15 14:16 957
XİN aydınlıq gətirdi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində qondarma "Dağlıq Qarabağ respublikası"nın "xarici işlər naziri" Karen Mirzəyanla görüşü məsələsinə aydınlıq gətirib.
H.Hacıyev qeyd edib ki, bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı vardı: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar”. O vurğulayıb ki, H.Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib: “Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır”. XİN rəsmisi bildirib ki, Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər.
banner

Oxşar Xəbərlər