AZE | RUS | ENG |

XİN: Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir

XİN: Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir
İrqçi təşkilat olan Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamədə məqsəd hal-hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv və intensiv əsasda aparılan danışıqları, regionda davamlı sülh və sabitliyin təmin olunması səylərini pozmaqdır. Bu qətnamə saxta və yalan məlumatlara əsaslanır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir.

Bunu Trend-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, sözügedən əsassız qətnamə təşəbbüsü ilə çıxış edərək konqresmen Frank Pallone Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin ərazilərinin işğalı və bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni, aqressiv separatizmi və ədalətsizliyi dəstəkləyir: "Göründüyü kimi, F.Pallone seçkilərdə ABŞ erməni lobbisinin maliyyə və seçici dəstəyini qazanmaq üçün bu addıma əl atır. O, ABŞ vətəndaşlarını müharibə zonası olan işğal olunmuş ərazilərə səfərə və kriminal-terrorçu rejimlə əlaqəyə çağırmaqla, ABŞ vətəndaşlarının həyatını təhlükə altına qoyur".

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən təqdim olunan səyahət xəbərdarlığında ABŞ vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərə səfər etməmək barədə ciddi çağırış edilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163