Xidmətlərinə görə mükafat verdilər
"Arsenal”ın
sabiq baş məşqçisi Arsen Venger mükafatlandırılıb.
Kaspi.az xəbər
verir ki, Venger "Laureus” mükafatının "Xidmətlərə görə” nominasiyasına layiq
bilinib. Fransız mütəxəssis mükafatlandırma mərasimindən sonra belə deyib:
"İdmanın möhtəşəmliyi
danılmazdır. Mənim uzun karyeramı olub. Ancaq idmana qarşı ehtirasım heç vaxt dəyişməyib.
Mənim ehtirasım insanlara qarşı da dəyişməyib”.
69 yaşlı Venger
22 il "Arsenal”ın baş məşqçisi olub.