"Xidməti avtomobillərlə təmin olunacaq vəzifəli şəxslərin siyahısı ilə bağlı təkliflərə baxılır"
Hazırda xidməti nəqliyyat vasitələri ilə təmin olunmalı olan vəzifəli şəxslərin siyahısı ilə bağlı təkliflərə baxılır.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Maliyyə Nazirliyi bu istiqamətdə təkliflər hazırlayıb: "Hələ ki son qərar verilməyib. Bu barədə qərar qəbul etmək Maliyyə Nazirliyinin səlahiyyətində deyil ”.