• cümə, 19 Aprel, 18:52
  • Baku Bakı 24°C

Xidmət rəisi Sumqayıtda vətəndaşları qəbul edib

17.10.19 14:00 531
Xidmət rəisi Sumqayıtda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 17-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Əvvəlcə Arzu Rəhimov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsini anıb. Sonra Ulu Öndərin adını daşıyan Mərkəzlə tanışlıq olub.
Daha sonra Arzu Rəhimov xidmətin Sumqayıt şəhər idarəsinin inzibati binasında Sumqayıt, eləcə də Abşeron, Qubadlı, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Xocalı şəhər və rayonlarından olan sakinləri qəbul edib.
Qəbulda Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib. Vətəndaşlar, həmçinin hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın hərbi hissələrdə qulluq keçmələri, səhhətində olan problemlərlə və digər məsələlərlə də bağlı müraciətlər ediblər.
Xidmətin rəisi hər bir vətəndaşı fərdi qəbul edərək diqqətlə dinləyib, onları narahat edən məsələləri araşdırıb, tövsiyə və məsləhətlərini verib.
Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib, bəziləri yerindəcə həll olunub.
banner

Oxşar Xəbərlər