• cümə axşamı, 25 aprel, 09:12
  • Baku Bakı 14°C

Xəzəryanı ölkələrin XİN rəhbərlərinin konfransı keçirilir

22.04.14 10:15 1041
Xəzəryanı ölkələrin XİN rəhbərlərinin konfransı keçirilir
Rusiya paytaxtında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı başlayıb. APA-nın Moskva müxbiri xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzində keçirilən konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edirlər.
Nazirlərin görüşündə bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunacaq. 2010-cu ildə Bakıda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil ediləcək. Bunlar müasir tələblərə cavab verən yeni hüquqi statusun işlənib hazırlanması, təhlükəsizlik sahəsi və ümumi təhdidlərə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, bioehtiyatların qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması məsələləridir.
Qeyd edək ki, tədbir çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər