• cümə, 26 Aprel, 16:15
  • Baku Bakı 23°C

Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək

13.12.17 10:20 1102
Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək
Xəzər dənizinin hüquqi statusuna dair konvensiya layihəsinin nəzərdən keçiriləcəyi Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək.APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib.
Onun sözlərinə görə, hazırda məsələ XİN xətti üzrə razılaşdırılır.
Bundan əvvəl Rusiya XİN rəhbəriSergey LavrovXəzərin hüquqi statusuna dair konvensiya üzərində işin demək olar ki başa çatdığını, layihənin gələn ilin birinci yarısında Xəzəryanı ölkələrin rəhbərlərinin Qazaxıstanda planlaşdırılan görüşündə razılaşdırılacağını bildirib.
banner

Oxşar Xəbərlər