AZE | RUS | ENG |

"Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulur"

"Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi ilə bağlı təklif var. Lakin bunu, ilk növbədə, sammitə ev sahibliyi edəcək ölkə açıqlamalıdır".
 
Bunu APA-ya açıqlamasında Xəzərin hüquqi statusuna dair Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
 
X. Xələfov sammitin bu il avqust ayının birinci yarısına nəzərdə tutulduğunu bildirib.
 
"Sammitə qədər işçi görüşləri nəzərdə tutulub. Ən azı bir işçi görüşü olacaq. Xarici işlər nazirlərinin toplantısı isə ola bilər ki, sammitdən bir gün öncə keçirilsin. Konvensiyanın mətni razılaşdırılıb, hazırda ölkələr onun imzalanması üçün daxili prosedurları keçir. Biz də ümid edirik ki, sammit zamanı konvensiya imzalana bilər.
 
İkilitərəfli görüşlər, kontaktlar da var, məsləhətləşmələr aparılır.
 
İkitərəfli təmaslar konvensiya müzakirələri ilə paralel aparılır, ancaq konvensiyadan asılı deyil, ayrıca danışıqlar formatıdır", - deyə X. Xələfov qeyd edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191