• çərşənbə, 24 Aprel, 09:36
  • Baku Bakı 13°C

Xəzəryanı dövlətlər elmi araşdırmalar sahəsində əməkdaşlıq edəcək

15.03.19 14:15 474
Xəzəryanı dövlətlər elmi araşdırmalar sahəsində əməkdaşlıq edəcək
TürkmənistanXarici İşlər Nazirliyində Xəzəryanı dövlətlərin hökumətləri arasında Xəzər dənizində elmi tədqiqatlar aparılması sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin mətninin razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin ilk iclası işə başlayıb.
"Report" xəbər verir ki, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat verib.
Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan ekspertlərin ikigünlük iclası Xəzəryanı dövlətlərin hökumətləri arasında Xəzər dənizində elmi tədqiqatlar aparılması sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin mətninin müzakirəsinə və ona təkliflər edilməsinə həsr olunub.
banner

Oxşar Xəbərlər