AZE | RUS | ENG |


Xəzərin statusunun qeyri-müəyyənliyi TASİM-in maliyyələşdirilməsini çətinləşdirir

Xəzərin statusunun qeyri-müəyyənliyi TASİM-in maliyyələşdirilməsini çətinləşdirir
Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində nəzərdə tutulmuş telekommunikasiya bazarının liberallaşdırılması çərçivəsində 2017-ci ildə nəzərdə tutulmuş tədbirlərin icrasının təmin olunması üzrə işçi qrup yaradılıb və məsul şəxs müəyyənləşdirilib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə strateji yol xəritəsinin yanvar-iyun aylarını əhatə edən monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
 
Sənəddə vurğulanıb ki, FTT-X texnologiyasının və simsiz texnologiyaların tətbiqinin genişləndirilməsi üzrə müvafiq işlər görülüb. Mövcud və yeni yaranan beynəlxalq trafik kanallarının alternativliyinin təmin edilməsi üzrə zəruri tədbirlər görülüb.
 
Hesabatda görülmüş işlərlə yanaşı problemlərə də toxunulub. Belə ki, sənədə əsasən, TASİM layihəsi üzrə çəkiləcək fiber-optik xəttin Xəzər dənizindən keçməsi nəzərdə tutulan hissəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması sürətli şəkildə aparılmır. Hesabatın müəllifləri qeyd edir ki, Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi ilə əlaqədar xəttin hansı hissəsinin hansı ölkə tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı sualların olması nəzərdə tutulan tədbirlərin icrasında gecikməyə əsas olacaq problemlərdəndir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002