• cümə, 29 Mart, 00:10
  • Baku Bakı 7°C

Xəzərin sahilindəki istirahət mərkəzləri cərimələnib

08.08.17 14:37 1615
Xəzərin sahilindəki istirahət mərkəzləri cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizininBakıdasahilboyu zonasında reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən "Aquapark”, "121”, "Amay” istirahət mərkəzlərində, "Delfin” çimərliyində, "Fərdi” iaşə obyektində, "Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, "Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib.

Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilikdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.
banner

Oxşar Xəbərlər