AZE | RUS | ENG |


Xəzərin sahilindəki istirahət mərkəzləri cərimələnib

Xəzərin sahilindəki istirahət mərkəzləri cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakıda sahilboyu zonasında reyd keçirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən "Aquapark”, "121”, "Amay” istirahət mərkəzlərində, "Delfin” çimərliyində, "Fərdi” iaşə obyektində, "Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, "Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib.
 
Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilikdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.
 
Reydlər davam etdirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008