• cümə, 26 Aprel, 06:44
  • Baku Bakı 12°C

Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycan diplomatiyasının mühüm uğurudur

17.08.18 13:30 706
Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycan diplomatiyasının mühüm uğurudur
Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycan üçün böyük perspektivlər açır. Bildiyiniz kimi, indiyədək Türkmənistan qazının Xəzərin dibi ilə keçməsi ilə əlaqədar problem var idi. Artıq Konvensiyanın imzalanması ilə Türkmənistan qazı gələcəkdə TANAP xəttinə qoşularaq Avropaya çıxarıla biləcək.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib.
Bu tarixi sənədin imzalanmasında Azərbaycan diplomatiyasının rolunun danılmaz olduğunu deyən siyasi ekspert qeyd edib ki, yalnız "Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib. "Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvensiyanın imzalanması ilə Xəzərdə müxtəlif layihələr birbaşa ölkəmizin iştirakı ilə həyata keçiriləcək”, - deyə A.Nağıyev vurğulayıb.
Ekspert qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə su hövzəsində üzən gəmilər, su qurğularının hamısı məhz Azərbaycan və digər Xəzəryanı ölkələrin bayrağı altında üzəcək. Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
Arzu Nağıyev vurğulayıb ki, vacib nüanslardan biri də Xəzəryanı dövlətlərin hərbi qüvvələrinin dənizdə balansının qorumasıdır və bundan başqa digər dövlətlərin hərbi gəmilərinin Xəzərə daxil olması üçün bütün dövlətlərin razılığının əldə edilməsidir. Bundan başqa, dənizin dibi və onunla bağlı həyata keçiriləcək iqtisadi layihələr də gündəmdə olacaq. Ümumiyyətlə Konvensiyaya görə Xəzərdə üzən bütün gəmilər ancaq beş dövlətin bayrağı altında üzə bilərlər.
banner

Oxşar Xəbərlər