• çərşənbə, 24 Aprel, 05:34
  • Baku Bakı 14°C

Xəzərin hüquqi statusu Moskva görüşündə müəyyənləşəcək?

12.09.13 11:31 1521
Xəzərin hüquqi statusu Moskva görüşündə müəyyənləşəcək?
Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun 33-cü görüşü başa çatıb. APA-nın xəbərinə görə, keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı təməl məsələlərin tezliklə razılaşdırılmasının və Xəzəryanı ölkələrin 3-cü sammitinin protokol qərarının icrasının əhəmiyyətini vurğulayıb. O, Bakı görüşünü uğurlu adlandıraraq hələlik bir sıra məsələlərin razılıq tələb etdiyini də söyləyib: “Bir sıra məsələlər var ki, onlar üzərində işləmək lazımdır, müəyyən fikir ayrılıqları hələ qalır”.
Bakı görüşünün yekununda tərəflər Moskvada keçiriləcək növbəti yığıncaqda çıxış xətlərinin müəyyənləşdirilməsi metodikası üzrə ekspert fikirlərinin müzakirəsi və müvafiq kartoqrafik sxemlər təqdim olunması barədə razılığa gəliblər. İştirakçılar Xəzərin hüquqi statusu üzrə Konvensiya layihəsinin bir sıra müddəalarının razılaşdırılmasında irəliləyiş olduğunu qeyd ediblər.
Moskvada keçiriləcək toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.
banner

Oxşar Xəbərlər