• cümə, 26 Aprel, 22:25
  • Baku Bakı 22°C

“Xəzərdəki limanların fəaliyyətini artırmaq lazımdır”

23.07.18 14:02 284
“Xəzərdəki limanların fəaliyyətini artırmaq lazımdır”
"İran Azərbaycanla Xəzər dənizi limanlarında əməkdaşlığı gücləndirmək istəyir”.
Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İran parlamentinin dənizçilik, limanlar və dəniz sənayesinin inkişafı fraksiyasının sədri Qasim ƏhmədiLaşəki deyib.O bildirib ki, Azərbaycan və İran arasında siyasi, iqtisadi və ticarət əlaqələri inkişaf etdirilsə də, hələ dəmünasibətlərin daha da inkişafı üçün geniş potensial mövcuddur.
Q. Əhmədi Laşəki İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadəni yaxından tanıdığını söyləyib: "Cənab Cahangirzadəparlamentdə bizim yaxın dostlarımızdan idi və onun Bakıda səfir kimi fəaliyyət göstərməsi iki ölkə əlaqələrinin inkişafına daha çoxtəkan verəcək”.
Deputat Azərbaycan və İranın Xəzər dənizindəki limanlarının iki ölkənin əlaqələrinin inkişafındakı rolundan danışıb. O qeyd edib ki, hazırdaXəzər dənizindəki limanlar İranın cənub limanlarınınondabiri qədər fəaliyyət göstərir, Azərbaycan və İran əlaqələri artırmaqlalimanların fəaliyyəti də aktivləşdirilə bilər.
Q. Əhmədi LaşəkiAzərbaycan və İran arasında kənd təsərrüfatı və turizm sahəsində dəgeniş potensiala malik olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər