• çərşənbə, 24 Aprel, 06:22
  • Baku Bakı 13°C

Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb

17.01.19 13:22 390
Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahın saat 12.00-a olan məlumatına görə, Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb.
Nazirlikdən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.
Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.
banner

Oxşar Xəbərlər