• cümə, 19 Aprel, 06:12
  • Baku Bakı 13°C

Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb - FAKTİKİ HAVA

07.03.21 14:00 607
Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb - FAKTİKİ HAVA
Faktki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya XidmətindənKaspi.az-a verilən məlumata görə, martın 7-si saat 13:00-a verdiyi məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt, Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
banner

Oxşar Xəbərlər