• çərşənbə, 24 Aprel, 00:26
  • Baku Bakı 14°C

Xəzər yükdaşımada vacib dəhlizə çevrilir

02.02.18 09:00 769
Xəzər yükdaşımada vacib dəhlizə çevrilir
Ötən il avqustun 3-də beynəlxalq nəqliyyat sahəsində tarixi bir hadisə baş verdi - Nomad Express konteyner qatarı Qazaxıstanın Aktau limanından paytaxt Bakıdan 40 km. cənubda yerləşən Ələt Bakı Beynəlxalq Dəniz Limanına daxil oldu. "How the Caspian Sea is Becoming”a Rail Corridor” nəşri bu tarixi hadisənin əhəmiyyəti və ondan irəli gələn nəticələrə toxunub. Qeyd edilir ki, Nomad Express Çinin Şixeççı şəhərindən Dostık stansiyası ilə Qazaxıstana istiqamət götürüb. 5 gün ərzində konteyner qatarı Qazaxıstanın Aktau limanı ilə 2200 mil məsafə qət edib. Oradan isə bərə ilə Ələtə istiqamət götürüb. Nomad Express ilə yüklərin daşınması barədə qərar ötən ilin yanvarında Transxəzər beynəlxalq nəqliyyat dəhlizi Koordinasiya Komitəsinin Bakıda keçirilən birinci toplantısında qəbul edilib. O zaman iştirakçılar eyni zamanda Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni dəmir yolu marşrutu – Jezqazqan-Beynau marşrutu ilə, eləcə də, Bakı-Qars dəmir yolu xəttinin əsas hissəsini təşkil edən Axalkakali-Qars dəmir yolu xətti və konteyner daşınmalarının təşkilati məsələlərini də müzakirəyə çıxardılar. Çindən Qazaxıstan vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəyə gedəcək yeni dəmir yolu xətti ilə işlər başlandıqdan sonra Pekin və Astana Avropaya göndərilən yüklərin həcminin iki dəfə - indiki mövcud 100 min iyirmifutluq konteynerdən ildə 250 minə qaldırılması işlərinə başladılar. Ələtdə Bakı Beynəlxalq dəniz limanının yaradılması ideyası ortaya çıxanda Xəzərdə beş beynəlxalq ticarət limanı fəaliyyət göstərirdi - Bakı, (Azərbaycan) Türkmənbaşı (Türkmənistan) Aktau (Qazaxıstan) Həştərxan (Rusiya), Ənzəli və Neka (İran).
Qazaxıstanın "Qazaxıstan dəmir yolu” milli dəmiryolu şirkətinin rəhbəri Askar Mamin bildirib ki, 2012-ci ildən Qazaxıstan və Çin arasında artan əməkdaşlıq Avropadan Çinə Qazaxıstan vasitəsilə konteyner daşınmalarının həcmini 1200 faiz artırmağa imkan verir. Tədbirdə çıxış edən Mamin bildirib ki, region ölkələri arasında ticarət dövriyyəsinin həcmini nəzərə alsaq, 2020-ci ilə kimi Transxəzər marşrutu ilə konteyner daşınmalarının həcmini 300 minə çatdırmaq mümkündür. Onun sözlərinə görə, bu potensial yalnız Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə nəqliyyat zəncirinə daxil olan ölkələrin birgə səyləri, eləcə də nəqliyyat dəstəyini və rəqabətədavamlı qiymətləri həyata keçirən dəmiryolu operatorlarının, Xəzər limanları, gəmiçilik şirkətləri və terminalların köməyi ilə mümkündür. Gürcüstan aktiv şəkildə tranzit ticarətində payını artırmağa çalışır. Hökumət Qara dəniz limanları - Poti və Batumidə infrastrukturu yaxşılaşdırır, yeni Anakliya limanını inşa edir. Bundan əlavə, 2011-ci ildə Tbilisidən Poti və Batumiyə gedəcək modernləşdirilmiş dəmir yolu layihəsi işə başlayıb. Onun gələn il başa çatdırılması nəzərdə tutulub. Çin nəinki Qazaxıstan ərazisi ilə marşrutu nəzərdən keçirir. Pekin və Avropa arasında konteynerlərlə yük daşınmasını həyata keçirən Far East Land Bridge (FELB) şirkəti Suçjou və Poti arasında yeni marşrutu hazırlayır. İlk qatar Suçjoudan bu günlərdə yola düşəcək. Rusiyanın sərhəd Zabaykalya-Mançjuriya ərazisindən keçməklə Transsibir dəmir yolu ilə Bakıya yola salınacaq. Oradan isə Xəzərin qərb sahili ilə Qərbə Potiyə gedib çıxacaq.
Qeyd edilir ki, Suçjou-Poti qatarı Qazaxıstan üçün ciddi bir çağırış olacaq. Belə ki, rəsmi Astana Avrasiya dəmiryolu daşınmalarında yüklərin daşınmasında öz payını artırmaq üçün xeyli investisiya sərf edir. Suçjou-Poti qatarının işə düşməsi Çinin Avrasiya məkanında nüfuzunu artırmaq istəyindən xəbər verir. Çin Mərkəzi Asiyanın geosiyasi və iqtisadi potensialını hələ ötən əsrin 90-cı illərindən dərk etməyə başlayıb. 20 il bundan əvvəl Çin və Mərkəzi Asiya arasında yaxınlaşmaq istiqamətində atılan ilk addım iqtisadi münasibətlərin dərinləşməsinə gətirib çıxardı. Çin infrastruktur şəbəkəsini qurmaqda davam edir və şəbəkə tək dəmiryolu deyil, həm də avtomobil yolları, boru xətləri, bəndlər, körpülər və telekommunikasiya stansiyalarını özündə birləşdirir. Bu proses Çin lideri Tsi Tsinpinin Qazaxıstana və İndoneziyaya 2013-cü ildə səfəri zamanı Yeni İpək yolu konsepsiyasını elan etdiyini bəyan etməsindən sonra sürətlənib. Çinin Yeni İpək yolunun inşası ilə bağlı Avrasiya infrastrukturuna investisiya yatırmağa hazır olmasını elan etməsi bu konsepsiyanı reallaşdırmağa imkan verəcək. Ortada bir sual qalır – bir-biri ilə rəqabət aparacaq marşrutlardan hansı qalib çıxacaq - Xəzər bərələri və yaxud Suçjoudan Avropaya qatarlar.
Azər
banner

Oxşar Xəbərlər