“Xəzər  ucalanda Türkün bəxti ucalır”

“Xəzər ucalanda Türkün bəxti ucalır”

Müsahibə
06 Dekabr 2012, 09:52 2128
“Əziz Nesin Sovetlərə gedib-gəlmiş, hər səfərində ordakı Türk dövlətlərini görmüş və heç bir kitabında “orada da türk qardaşlarımız var” deyə yazmamışdı”


Türkiyə Çümhuriyyətinin qurulmasında yaxından iştirak edən, Mustafa Kamal Paşanın ətrafında səfərbər olub azad, hürr bir Türk dövlətinin yaranmasında əsas rollardan birini oynayan “Türk Ocaqları” təşkılatının baş katibi pr.dr Orhan Kavuncu müsahbimizdir. Bu görüşün alınmasında və ümumiyyətlə Ankara səfərimin reallaşmasında mənə yaxından kömək olan “Türk Ocaqları” nın Bakl təmsilçisi Xəlil bəy Öztürkə təşəkkür edirəm. Orada keçirdiyim bir neçə gündə bu təşkilatın həqiqətən də bir ocaq olduğunun şahidi oldum. Bir də doğmalıq hiss etdim. Orxan hocayla müsahibə ərəfəsində bu doğmalığın səbəbini anladım. Axı, bu ocağın təməldaşları arasında Əhməd bəy Ağaoğlu, fəaliyyəti sırasında Məhəmməd Əmin Rəsulzadə və əqidədaşları vardı. Bu ocaq Vətən qoxuyurdu...

-Orxan bəy, Azərbaycan sizin üçün nə ifadə edir?
-Odlar Yurdu. Azərbaycan deyəndə mənim ağlıma ilk gələn düşüncə budur. Biz Bakını ilk Türk Cümhuriyyəti olan məmləkət deyə, Məmməd Əminin adı ilə tanıyırıq. O vaxtdan bu yana da təqib edirik. Türküləriylə, mahnılarıyla, muğamıyla, Zeynəb Xanlarovası, Polad Bülbüloğlusu, onun atası Bülbüllə tanıdıq. Onlar bizə Azərbaycanı sevdirdilər. Hələ “çırpınırdın Qara dəniz”in yazarı və bəstəkarlarını demirəm, Cavad Əhməd və Üzeyir Hacıbəyovu.

-Mənə bir az Türk ocaqlarının yaranma səbəblərindən bəhs edərsinizmi? Türkiyə kimi bir dövlətdə Türk Ocaqlarının yaranmasına nə ehtiyac vardı ki?
-Türk Ocaqları 1912-ci ildə quruldu. Qurucuları arasında Əhməd Ağaoğlu vardı, Əli bəy Hüseynzadə də qurulduqdan sonra gəlib burada çalışmışdır. Bu ocaq Məmməd Əmin Rəsulzadəyə mehmandarlıq etmişdir. Türk Ocaqları qurulduğu zaman türklüyün halı yaxşı deyildi. 1912-ci ildə Osmanlı dövləti zəiflədi. 1552-də ruslar Kazanı işğal etdikdən sonra o torpaqlardakı türklük zəiflədi. Hindistanı ingilislər aldı. İrandakı Türk xanədanlığı zəiflədi. Türk dənizi XX əsrin başlarında geri çəkilirdi. Ona görə dedim, Xəzər ucalanda Türkün bəxti ucalır. Nə isə etmək lazım idi. O zaman İstambuldakı ziyalılar təkliflər irəli sürdülər, islamçılıq, osmanlıcılıq və s. bu təkliflər bizdə tənzimatı meydana gətirdi, bizdə birinci məşrutuyyətin elanına yol açdı. Ancaq 1-ci məşrutiyyətdə qurulan Məclisi-Məbusanda görəv yapan millətvəkilləri- məbuslar arasında türk olmayanlar-müsəlman olmayan millət vəkilləri deyirdilər ki, biz Osmanlı bankları qədər osmanlıyıq. Yəni bu osmanlıçılıq fikrinə Osmanlının Türk olanlardan başqa heç kim etibar etmədi. Osmanlıçılıq fikri qeyri-millətlərin Osmanlıdan ayrılmasının qarşısını ala bilmədi. Bu halda ziyalılar dinə üz tutdular. Düşündülər ki, Osmanlı dövləti müəlmanların dövlətidir deyərsək bu islamçı kimlik mənimsənilər, bu birlik də bizi qurtarar. Bu təklifə də sadəcə türklər inandılar. Türk olmayan müsəlmanlar ayrılıq davalarını davam etdirdilər. Bu günkü Arnavutluk ordakı xristian və müsəlmanların birlikdə Osmanlıya üsyanından qurulmuş dövlətdir. Bu zaman da çarə sadəcə geriyə qalan Türkləri bir arada tutmaq üçün, bu günə qədər osmanlıçılıq deyib öz türklüyünün fərqində olmayan türklərə türklüyünü anlatmağa qaldı. Osmanlı torpaqları xaricində də onlar kimi danışan, onlar kimi yeyib-içən, adətləri eyni olan başqa türklərin də olduğunu onlara anlatmaq gərəkirdi. Bu düşüncələrlə o zamankı universitetdə oxuyan gənclər türkçü bildikləri böyüklərinə məktublar yazdılar : “gəlin başımıza düşün, bu türklüyə biz özünü xatırladaq. Türkcədə bir söz var, “mahilər dərya içrə, dəryayı bilməz” yəni balıqlar suda yaşar, suyu bilməzlər. Bu türklər kim olduqlarının fərqinə varsınlar. Azərbaycan türkləriylə, Türküstan türküylə və s. bir olsun, dedilər. Böyüklər də gənclərin bu təklifini qəbul elədilər və 25 mart 1912-də bu Türk Ocaqları quruldu. Qurumdan əvvəl “Türk yurdu” adlı jurnalımız dərc olunurdu. Türk Ocaqları qurulanda bu jurnal oçağın orqanı oldu. Bu jurnalın “Türklük şüyğunu” adlı bir bölümü vardı. Orada bütün Türk dünyaslndan xəbərlər verilirdi. Azərbaycanda kim hansı şeiri yazıb, Özbəkistanda, Buxaranın bir küncündə, hansı qışlaqda bir özbək şair bir “alla” bəstələyib (layla).
-Orxan bəy, necə oldu ki, Əhməd bəy Ağaoğlu sürgün edildi?
-1918-də ingilislər 1-ci dünya müharibəsindən sonra İstambulu işğal edəndə ilk işğal etdikləri bina iqtidar partiyasının binasıydı, ikinci bina isə Türk Ocaqlarının binası. İqtidar partiyasının yönəticilərini, Türk ocaqlarındakı ziyalıları, o cümlədən Əhməd bəy Ağaoğlunu da Malta adasına sürgün etdilər. İstambulda fəaliyyət mümkünsüz oldu deyə Ankaraya Atatürkün yanına gəldilər. “Karakol” və “Ay yıldız” cəmiyyətləri quraraq İstambuldan Anadoluya silah və insan sövq etdilər. Türk Ocaqları ümumi rəisi Həmdullah Sübhi, Türk Ocaqlarına rəhbərlik eləmiş Ziya Gökalp, Məhmət Akif, Ağaoğlu Əhməd Mustafa Kamalın başına toplaşıb, Türkiyənin müstəqillik mücadiləsini, istiqlal savaşını dəstəklədilər. Savaşlarda mehmetcikləri ürəkləndirdilər. Cümhuriyyətin qurulmasında çox fikirlər verdilər.

Cümhuriyyət adına bəzi inqilablar oldu. O inqilabların baş verməsində Türk Ocaqlarının rolu vardı. 1931-də Qazi Paşa Mustafa Kamal “Türk Ocaqları fəaliyyətini dayandırsın”, dedi. Hələ də tarixçilər dəqiq bilmirlər ki, bunu niyə deyib. Amma mənim düşüncəmə görə o zaman Sovet İttifaqı Türk Ocaqlarının fəaliyyətindən rahatsızdı və bunda da “Türk şüyğunu ”nun rolu vardı. Ona görə Sovetlər Ankaraya rəsmi, qeyri rəsmi təsir göstərirdi. Atatürkə rəğmən Sədri Maqsudi Arsalın, Maraşel Fevzi Çaxmaq, Həmdullah Sübhi Tanrıövər, Zəki Vəli səhv eləmirəmsə Cəlal Bayar bağlanmayacaq, dedi. Atatürkə rəğmən bunu demək əsl qəhrəmanlıq idi. Ziya Gökalp ölmüşdü o zamanlar. “Türk Ocaqları” bağlandı amma yerinə xalq evləri quruldu. “Ülkü məcmuəsi” buraxdı. Türklüklə əlaqəli çox ciddi araşdırmalara imza atdı.

1949-da yenidən quruldu, Həmdullah Sübhi Tanrıövərin başkanlığında. 1952-də Nazirlər Kabineti Türk Ocaqlarını təsərrüfat hesablı cəmiyyət olaraq qəbul etdi. Ümumun mənfəətinə xidmət edən bir cəmiyyət. Təbii, Sovetlərdə necə türkçü insanlara həyat haqqı verilmədisə bizdə də basqılar oldu. Sizinki qədər olmasa da.1944-də turançılıq, türkçülük suç elan olundu. Sovetlərin təsirilə bilavasitə Cümhurbaşkanlarının ağzından adına irqçilik deyildi. Öndə gələn türk milliyyətçiləri həbs olundu. Tabutluqlarda işgəncələr gördülər. Ondan sonra millətçilər bir az ehtiyatla davranmağa başladılar. Mən tələbəykən milliyyətçi bildiyim böyüklərimi tanımaq istədim, amma heç cür bu imkanı əldə edə bilmədim. Onlar deyirdilər ki, aman səhv başa düşmə, millətçiyik, amma turançı deyilik. Bunun səbəbini çox sonralar anladım, 1944-dəki hadisələrin təsiri idi. Türklük için, Anadolu insanı üçin bu cür düşüncələr ortaya qoyuldu, bunların kökləri Türküstandan gəlmir, buralarda biz yeni kök axtaraq. Bu düşüncələrlə türk milliyyətçiləri aşağılandı. Həcv olundular, karikaturalara çəkildilər. “Milliyyət”, “Cümhuriyyət” kimi qəzetlərdə, mətbuatda başına börk, əlində yay, kürəyində ox, üzü Türküstana gedən göstərdilər rəhmətlik Alparslan Türkeşi. 1980-ci il, 12 sentyabr-ci il inqilabında da milliyyətçilər üzərindəki bu basqı təkrarlandı.

582 suç maddəli MHP və ülkücü quruluşlar davasını incələdiyiniz zaman orada onların deyil, bir fikrin tənqid edildiyini görərsiniz. Çünki hakimin Türkiyədəki universitetlərdə, marksist, sovetpərəst hüquqçulara hazırlatdığı iddianamədə deylirdi ki, bu, 1912-ci ildə Türk Ocaqlarının qurulmasına qədər kökləri gedib çıxan bir örgütdür. Elə bunun özü göstərir ki, bunlar o tutulan insanları bu üsyanlar səbəbiylə deyil, bir fikri yarğılayirlar. Bu kimi işlər təçkilatda bir budamaya yol açdı. Türk ocaqları, türk ocağının fikirlərini daşıyanlar budandılar. Mən bu budamanın bizə faydalı olduğunu düşünürəm. Çünki budanan ağac daha gözəl yaşıllanır. İnşallah Türk milliyyətçiliyi fikri çox yerlərdə böyüyüb qanadlanır. XXI əsr Türk əsri olacaqdır! Türk ocaqları bu!

-Türk Ocaqları köklü bir qurumdur. Yüz il heç də az müddət deyil. Bəs niyə bu cür qurumlar sadəcə Türkiyədə yarandı? Digər Türk dövlətləri nədən bu təcrübədən bəhrələnmədi? Madam azərbaycanlı gəlib burda bu qurumu yaratdı, bu gün necə, Türk Ocaqları digər Türk dövlətlərinə təsir göstərə bilmirmi?
-İzninizlə mən bundan əvvəl bir az fəaliyyətimizdən bəhs edim. 3-4 oktyabr tarixlərində “Dildə, fikirdə, iŞdə” birlik simpoziumunu keçirdik. Bizim rabitə nazirliyi Türk Ocaqlarının üzüncü ili münasibətilə markalar buraxdı. Orman müdirliyi da “Türk Ocaqlarının yüzinci ili xatirə meşələri” adlı bir lahiyə başlatdı. Bəzi yerlərdə şöbələrimiz müracət etdi, fidanlıqlar əkildi. Türk Dünyası Musiqi Günləri və Bilgi şöləni keçiriləcək. Burda da ta Sibirdən, Tuvadan, Başkırdıstandan və bütün Türk dünyasından qonaqlar iştirak edəcək. Türk Ocaqlarının yüz illiyi qeyd olundu. Türk Dünyası Qadınlar qurultayı qeyd olundu. Gələcək günlərdə modernləşmə sürəcində, din, dövlət, cəmiyyət əlaqələri simpoziumu olacaq. Fəaliyyətimiz bu şəkildə davam edir bunların arasında sizin sualınızın cavabı “dildə, fikirdə, işdə birlik” simpozumudur.

-“Dildə, fikirdə, işdə birlik”. İsmayıl Qaspıralı... Əaqələr necə idi?
- Türk Ocaqlarının qurulduğu illərdə Sovetlər Birliyindəki qardaşlarımızla əlaqələr vardı. Məsələn: müasirləşmə hərəkatını Doğu Türklüyündə İsmayıl Qaspıralı başlatdı. “Dildə, Fikirdə, İşdə birlik”! Ziyalılar Hərəkatı ilə əlaqələrimiz vardı, Yusuf Akçura Türk Ocaqlarında çalışdı. Ancaq bu əlaqələr Lenin əsasən də Stalin dönəmində tamamilə kəsildi. Türk Ocaqları 1931-də zatən bu səbəblə qapadıldı. Səhv etmirəmsə, 1928-də latın əlifbasına keçdiniz. M. K. Atatürk də bu əlifbanı qəbul etdi. Amma Azərbaycan 8-10 il sonra 1941-də kirill əlifbasına keçdi. Beləcə də bir-birimizin yazdıqlarını oxuya bilmədik. Xəbərləşməmiz əngəlləndi. Sovet medyasında Türkiyə ilə əlaqəli heç yaxşı xəbər yayımlanmadı. Türkiyə medyasındakı hakim zehniyyət Sovet zehniyyəti ilə eyni idi. Əziz Nesin Sovetlərə gedib-gəlmiş, hər səfərində də ordakı Türk dövlətlərini görmüşdü və heç bir kitabında orada da türk qardaşlarımız var yazmamışdı. Biz orada qardaşlarımız var deyəndə “turançı” deyə təhqirlərə məruz qalırdıq. 1986-dan sonra ilk dəfə Türk Ocaqları yeni bir həmlə etdi. Sovetlər Birliyinin süqutundan sonra o ərazidə də şöbələr açmağa cəhd etdik. Xarici işlər nazirliyindən icazə aldıq. Əvvəlcə bizim hüquqi mövqeyimiz buna icazə vermirdi daha sonra şöbə açmaq istədiyimiz ölkələrdə hüquqi problemlər yaşandı.
-İndi necə? Hansı ölkələrdə təmsilçilikləriniz var? Axı yerlərdə kifayət qədər ciddi fəaliyyət göstərən təşkilatlar var və az qala siz onların fəaliyyətindən xəbərsizsiniz...
-Biz diqqətli davranmaq məcburiyyətindəyik. Bakıda tanıdığımız çox insan var. 3 kişiyə dərnək qurdurub 30 adamı incitməkdən qorxuruq. Bu olmasın deyə , belə bir qərar aldıq ki, Türk dövlətlərində Türkiyə vətəndaşı bir nümayəndəmiz sədr olsun. Onun ətrafındakı insanlarla ordakı şöbəmiz qurulsun. Almaatada təmsilçimiz mənim oğlum- Oruc Kavuncu, Bakıdakı təmsilçimiz Xəlil bəy Öztürk, Bişkekdə, Manas universitetindəki təmsilçimiz Hüsyin Karadağ, Almaniyada Şahin Göksu(Almaniya türk ocağı) və s. Azərbaycandan bizə çox müraciət edən var. Biz isə onların bir araya gəlib müraciət etməsini istəyirik. Bu olmayınca da öz nümayəndəmizi qoyuruq. Bizim Azərbaycan təmsilçimiz Xəlil bəy Öztürkdür. Eyni durum digər Türk Cümhuriyyətlərində də var. İndilik nümayəndəlik vermədən fəaliyyət göstəririk. Birini seçib digərlərini küsdürmək istəmirik. Amma dediyiniz çox doğrudur. İctimai Birliklər arasında bir yaxınlığı mütləq təmin etməliyik. Bunu Türk İş Birliyi Konseyində, onların Cümhurbaşkanları toplantısında alınan bir qərara əsasən edərsək, o zaman hüquqi və siyası baxımdan önümüzdə bir əngəl olmaz. Götürək elə sizin ictimai təçkilatları.

3 Oktyabrda Dünya Türklərinin Həmrəylik Günü münasibətilə “Türk Hərəkatı” İctimai Birliyi və “Müasir İnkişaf” İctimai Birliyinin Bakıda keçirdiyi tədbirdəki müracətləri bizi çox həyəcanlandırdı. Bizim Türk Ocaqlarının veb səhifəsinə Azərbaycan ləhcəilə yerləşdirdik. Təşkilatınızı və qatılan hər kəsi təbrik edirəm.
-İlk dəfə nə vaxt olmusunuz Bakıda?
-1990-cı il sentyabr ayının əvvəlində ilk dəfə Bakıda oldum. Hələ o vaxtdan çox sevmişdim Azərbaycanı. Bir il sonra bir də getdim. O səfərimizdə çox maraqlı bir olay yaşadıq. Gəmiylə Bakıdan Xəzər dənizindən keçib, Türkmənistanın indiki Türkmənbaşı şəhərinə gedəsi idik. Bəzi texniki problemlər oldu və biz yetmiş saat gəmidə, Xəzərdə qalmalı olduq. Yoldaşlarımızın çoxunun şikayət eləməyinə baxmayaraq, Xəzər dənizinin üzərində olmaq mənim üçün unudulmaz bir həzz idi. O zamanlar Azərbaycan qaçqınların problemləri ilə çalxalanırdı. Mən bir televiziya proqramında bu məsələ ilə bağlı qonaq idim və ordakı çıxışımda belə bir fikir səsləndirdim: “burda biz eşitdik ki, Xəzər dənizinin suyu yüksəlir, mən düşünürəm ki, Xəzər yüksələndə Türkün bəxti də yüksəlir. Azərbaycan böyüyüb, güclü bir dövlət olacaq! Azərbaycanın güclənməsi Türkiyənin, bütün türklüyün güclənməsi deməkdir”. İndiki düşüncələrim də elədir. Azərbaycan bizim üçün Türk sənətinin, Türk kültürünün, Türk mədəniyyətinin təmərküz etdiyi bir yerdir. Azərbaycan deyincə mən Türk kimliyini anlayıram. Xalçasıyla, aşıyla, mürəbbəsiylə, şabalıdlı plovuyla, Naxçıvanıyla, Gəncəsiylə, Bakısıyla.

O zaman Türkiyə yolu Bakıdan birbaşa Qazax yolu ilə Gürcüstandan keçirdi. Biz bu yolçuluğumuzda da yolüstü Gəncəyə uğradıq. Axşamtərəfi idi, bir parkda oturduq. İki avtobus adam idik. O parkın içərisindəki şairlər dərnəyindən bir xanım və bir kişi şair bizə yaxınlaşdı. Türkiyədən gəldiyimiz üçün çox sevincliydilər. Onlarla söhbətə elə aludə olduq ki, ətrafımıza toplaşan adamların çoxaldığını hiss etmədim. Amma ayağa qalxanda oturduğumuz yerlə maşınımızın arasının adamla dolu olduğunu gördük. Bütün Gəncə ordaydı. Hər kəs bizə toxunmağa can atırdı. Sanki bir qucaqlaşsaq mənən təmizlənəcəkdilər (Orxan hoca doluxsunur). Bu görüşü heç unuda bilmərəm. Gəncə Türkiyəni çox sevən insanların məkanı deyə yaddaşımda iz buraxdı.
-Dostlarınız varmı? Kimləri tanıyırsınız?
-Çoxlu dostlarım var amma bir-bir adlarını çəkə bilmərəm. Misalçün, Məmməd İsmayıl və Əhməd İsmayıl vardı. Əhməd İsmayıl mənə iki cildlik Azərbaycan lüğəti hədiyyə edib. O lüğət indi Avrasya Yazarlar Birliyinin orqanı “Kardeş kalemler” jurnalının baş redaktoru Ali Akbaş tərəfindən hələ də istifadə edilməkdədir. Məmməd İsmayıl, Kamil Vəli Nərimanoğlu və s. Bizim qızımız Qənirə Paşayeva, Sevil Yusifova ilə son bir neçə ildə tanış olduq. Onların hamısına salamlarım var. Azərbaycan mənim öz türk yurdumdur. Torpağını öpürəm. Hər kəsi qucaqlayıb, salamlar yollayıram.
-Azərbacana diləkləriniz. Bir daha nə vaxt gəlməyi düşünürsüz?
-Azərbaycana gələn il yenə eyni tarixdə, 3 Oktyabrda. Ən gec o gün Bakıda olmaq istəyirəm. Diləklərim isə budur ki, Bakının gələcəyi parlaq olsun. Qarabağ məsələsi ən ədalətli şəkildə həllini tapsın. Azərbaycan Rusiyadan, Amerikadan, Fransadan, Madrid anlaşmasından bir nəticə çıxmayacağını gördü. Bu məsələləri biz öz bilək gücümüzlə həll edə biləcəyimiz bir gücə çataq. Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyirəm.
Amin!

Nigar İsfəndiyarqızı
Ankara