Xəzər sahilindəki şəhər xüsusi hazırlanıb
Bakıda keçirilən nüfuzlu
IV İslam Həmrəyliyi Oyunları dünya mediasının diqqət mərkəzindədir. Qonşu
Rusiya bu yarışlarda təmsil olunmasa da, onun böyük auditoriyaya malik nəşrləri
yarışa diqqət göstərməkdədir. Məsələn, nüfuzlu "Sobesednik” nəşri Bakıda
keçirilən beynəlxalq İslam Həmrəyliyi Oyunlarından bəhs edib. Təqdim olunan
reportajda xüsusi olaraq Bakı şəhəri MDB-nin ən gözəl paytaxt şəhərlərindən
biri kimi qələmə verilir. Ardınca Bakıda qeyri-adi formatda beynəlxalq bir
hadisə - İslamiada və yaxud İslam Həmrəyliyi Oyunlarının keçirildiyi
vurğulanır. "Rusiya idmançıları yarışlarda iştirak etmirlər, lakin tamaşaçı
tribunalarında çoxlu sayda bizim azarkeşləri görmək mümkündür. Qonaqpərvər Bakı
artıq birinci dəfə deyil ki, beynəlxalq idman yarışlarına ev sahibliyi edir.
Burada Avropa Oyunları, Şahmat Olimpiadası, Formula -1 yarışları keçirilib. Bu
səbəbdən də 54 ölkədən 4000 min iştirakçının (əlavə turistləri də bura daxil
etmək olar - müəl) gəlməsi üçün Xəzər sahilindəki şəhər xüsusi hazırlanıb.
Yaşıl köynəklərinin üzərində Bakı-2017 emblemi olan könüllülərə hər yerdə rast
gəlmək mümkündür. Onların əksəriyyəti üç dildə - rus, ingilis, Azərbaycan
dilində danışırlar” - deyə reportajda qeyd edilir.
Müəllif daha sonra həmin
könüllülərdən biri ilə söhbətini dərc edib. "Bütövlükdə bizim sayımız 8 mini
keçib və bütün şəhər boyu, idman obyektlərində işləyirik, idmançı və qonaqlara
xidmət göstəririk”, - deyə Ayan Vədətli adlı könüllü qəzetə danışıb. Daha sonra
vurğulanır ki, Səudiyyə Ərəbistanı, Banqladeş, İran, İndoneziya, Bəhreyn,
Türkiyə və digər ölkələrin idmançılarını bir yerdə daha harada müşahidə edə
bilərsən: "Bu dəfə yarışlara hətta Suriya, Somali və Fələstindən idmançılar
təşrif buyurublar. Halbuki, son ana kimi onların gəlişi sual altında idi.
Bakıda könüllü olmaq prestijlidir - hətta böyük müsabiqə də var. Oyunların
sonunda tələbələr sertifikatlar, xatirə hədiyyələri və gələcək karyeraları üçün
əla sözlərin əks olunduğu diplomlar alacaqlar. Əvvəlki yarışların könüllülərini
hətta birinci vitse-prezident Mehriban Əliyeva – xüsusi diplomlar, saat, kompüter
flaşkartları ilə təbrik edib. Yəni, demək istəyirik ki, bu 10 günlük Oyunları
onlar heç bir zaman unutmayacaqlar. 50-dən artıq ölkənin idmançıları Bakının
mərkəzində, Olimpiya kəndində məskunlaşıblar. Əslində "kənd” 13 hündürmərtəbəli
binadan ibarətdir. Müxtəlif ölkələrin bayraqlarının asıldığı ərazi xüsusi
görkəmi ilə seçilir. Bayraqların sayına görə, vətənpərvər və çoxsaylı türk
nümayəndə heyəti seçilir. Jurnalistlər idmançılarla görüşə can atsalar ad,
könüllülər onlara idmançıları yarışdan yayındırmamağı xahiş edirlər”.
Reportajda daha sonra
şəhərin idman obyektlərindən söhbət açılır və qeyd edilir ki, onlar Avropa
Oyunlarına qədər hazır olub: "Hələ o zaman bu arenalar özünün qeyri-adi forması
və dizaynı ilə seçilib. Turistlər böyük məmnuniyyətlə həmin obyektlərin yanında
şəkil çəkdirməyə üstünlük verirlər. Formula yarışlarından sonra şəhərdə ideal
yürüş trasları, Şahmat Olimpiadasından sonra isə küçələrdə böyük küçə şahmatları
qalıb. Burada həm balaca sakinlər, həm də böyük qonaqlar oynayırlar”, - deyə
reportajda vurğulanır. Daha sonra qəzetin əməkdaşının suallarını cavablandıran
gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Həmrəylik Oyunları Azərbaycan
üçün böyük bir hadisədir: "Bu, həm də bizim oyunçular üçün digər beynəlxalq
yarışlarda üzləşmədikləri idmançılarla yarışmaq imkanıdır. Oyunların simvolu Qarabağ
atları olub. Bildirin ki, Qarabağ Azərbaycan mədəniyyətinin mərkəzlərindən
biridir”
"Sobesednik”lə
yanaşı, bu ölkənin nüfuzlu "Rossiyskaya
qazeta” nəşri də Oyunlardan reportaj təqdim edib.
"20idmannövü,262medaldəsti,
500min bilet, 8000könüllü. Bu rəqəmlər özü-özlüyündə Azərbaycanın
paytaxtı Bakıda mayın 12-dən 22-dək keçirilən IV İslam Həmrəyliyi Oyunlarının
miqyasından xəbər verir. İlk İslamiada2005-ci ildəSəudiyyə
Ərəbistanında keçirilib. Bu yarış da Olimpiada kimi,4ildə
1dəfə keçirilir. Yeganə fərq indiki turnirdə paralimpiyaçıların
iştirakıdır (cüdo və atletika üzrə). Bütövlükdə, İslamiadanın proqramına 23
idman növü daxil edilib. Onların arasında basketbol, yüngül atletika, futbol,
tennis kimi populyar idman növləri, həmçinin zorxana da daxil olmaqla, bir çox
güləş növləri var. Zorxana orta əsrlərdə pəhləvanların yarışdıqları şəhər idman
klublarının adıdır. Bu gün bu ad altında Azərbaycan, İran və digər müsəlman
ölkələrində ən azı 2500 ildən bəri yayılmış ənənəvi güc nümayişi, güləş
yarışları keçirilir. Rusiyaya gəldikdə, o, hələ ki, İslamiadada iştirak etmir.
Lakin gənclər və idman naziri Azad Rəhimov hesab edir ki, Rusiya Federasiyası
zəngin islam mədəniyyətinə malik çoxmillətli ölkədir və onun növbəti İslamiadalara
qatılacağı istisna deyil”. Daha sonra könüllülərdən bəhs edilib. "Könüllülər
istənilən iri yarışın vacib tərkib hissəsi, onun simasıdır. Azərbaycanda
könüllülük hərəkatı çoxdan mövcuddur. Ölkədə bu sahədə ilk qeyri-hökumət
gənclər təşkilatı hələ 20 il əvvəl yaradılıb. Maraqlıdır ki, Oyunların
keçirilməsi üçün heç bir yeni arena tikməyə ehtiyac olmayıb. Yarışlar birinci
Avropa Oyunlarında uğurla sınaqdan keçirilmiş stadionlarda, o cümlədən Bakı
Olimpiya Stadionu, Bakı Tennis Akademiyası, Ağır Atletika Mərkəzi və digər
arenalarda keçirilir”, - deyə məqalədə bildirilib.
Azər