• cümə axşamı, 28 mart, 13:22
  • Baku Bakı 16°C

Xəzər sahilindəki obyektlərə 50 protokol yazılıb

22.07.14 14:11 1099
Xəzər sahilindəki obyektlərə 50 protokol yazılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi ilə birgə Bakı və Abşeron yarımadasının sahili ərazilərində fəaliyyət göstərən obyektlərdə növbəti mövsümi reyd keçirib.
Reydlərin keçirilməsində məqsəd çimərliklərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması, sahil xəttində formalaşan bərk məişət tullantılarının, çirkab suların qanunamüvafiq qaydada idarə olunması vəziyyətinə nəzarəti gücləndirmək olub.
Reydlər zamanı çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində bərk və maye mənşəli məişət tullantılarının idarə olunması zamanı ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib. Məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları ilə bağlı Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən kafe, restoran, istirahət mərkəzlərinin iş icraçıları barəsində ümumilikdə 50-dək protokol tərtib olunub.
banner

Oxşar Xəbərlər