• cümə axşamı, 25 aprel, 04:40
  • Baku Bakı 19°C

“Xəzər regionunda əməkdaşlıq: milli perspektivlər və ümumi təhdidlər” - Konfrans

17.06.13 12:00 1393
“Xəzər regionunda əməkdaşlıq: milli perspektivlər və ümumi təhdidlər” - Konfrans
APA-nın xəbərinə görə, konfrans Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Almaniyanın Konrad Adenauer Fondu tərəfindən təşkil olunub.
Tədbiri açan SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Xəzərin hüquqi statusu hələlik müəyyənləşdirilməyib, lakin Xəzəryanı ölkələr ikitərəfli razılaşmalar əsasında əməkdaşlıq qura bilər. Azərbaycanın hər zaman əməkdaşlığa tərəfdar olduğunu diqqətə çatdıran F. Məmmədov deyib ki, hər Xəzəryanı ölkənin öz mənafeləri var və konfransa qatılan ekspertləri dinləyərək hər kəs bir-birini daha yaxşı başa düşə və bununla da fikir ayrılıqlarını aradan qaldırıla bilər.
Adenauer Fondunun regional proqramlar direktoru Canan Atılqan ümid etdiyini bildirib ki, konfrans Xəzərdə əməkdaşlıqla bağlı gələcək addımların müəyyənləşdirilməsinə kömək edəcək. O, Fondun Cənubi Qafqazdakı fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. C. Atılqan qeyd edib ki, Avropa Birliyi Cənubi Qafqazda münaqişələrin həllində, regionun inkişafında və iqtisadi diversifikasiyanın dəstəklənməsində daha fəal rol oynamalıdır.
Konfrans “Xəzər regionunda əməkdaşlığın dinamikası: Ticarət və nəql yolları”, “Xəzər bölgəsinin təhlükəsizlik strategiyası: milli perspektivlər, regional əməkdaşlıq və xarici oyunçuların rolu” mövzularında panellərlə işini davam etdirib.
banner

Oxşar Xəbərlər