AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Xəzər Lənkəran“ın baş məşqçisi yenə türkiyəli oldu

“Xəzər Lənkəran“ın baş məşqçisi yenə türkiyəli oldu

İdman
05 İyun 2014, 16:12 789
"Xəzər Lənkəran" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Milli.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə türkiyəli mütəxəssis Oğuz Çətin təyin olunub.

Ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan O.Çətin komandanı çempionatın son 4 turunun oyunlarına baş məşqçi qismində çıxarmışdı.

"Fənərbağça", "Erciyesspor", "Gənclərbirliyi" və "Diyarbəkirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb. "Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.