• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

“Xəzər Lənkəran”dan qovulan futbolçu prokurorluğa çağırılıb

25.09.14 18:13 1061
“Xəzər Lənkəran”dan qovulan futbolçu prokurorluğa çağırılıb
İspaniya Primerosunun 2010/11 mövsümündə baş tutmuş “Levante” – “Saraqosa” matçı ilə bağlı yerli prokurorluq cinayət işi açıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin mayın 21-də baş tutmuş oyunun danışılmış olduğu iddia edilir.
Artıq hər iki komandanın heyətində adı matçın protokoluna salınmış futbolçular oktyabrın 3-də prokurorluğa ifadə verməyə çağırılıb.
Maraqlıdır ki, həmin görüşdə “Saraqosa”nın ehtiyat qapıçısı ötən il ölkəmizdə çıxış edib. Bu, hazırda Finlandiyanın HİK klubunun qapısını qoruyan, “Xəzər Lənkəran”dakı uğursuz çıxışından sonra qovulan Toni Doblasdı. Eləcə də, hazırda “Atletiko”nun kapitanı olan Qabi də o vaxt “Saraqosa”nın start heyətində olub.
Qeyd edək ki, çempionatın son turunda baş tutmuş həmin matçda “Saraqosa”nın elitada qalması üçün “levante”ni yenməsi lazım idi. “Levante”ni səfərdə 2:1 məğlub etməklə “Saraqosa” aşağı dəstəyə düşməkdən qurtulmuşdu. Bundan şübhələnən federasiya rəhbərliyi bu barədə polis orqanlarına müraciət etmiş və beləcə cinayət işi açılmışdı.
banner

Oxşar Xəbərlər