AZE | RUS | ENG |

“Xəzər Lənkəran”da yenə qovhaqovdur

“Xəzər Lənkəran”da yenə qovhaqovdur
Yunis Hüseynovun köməkçiləri Alim Qurbanov, Zakir Mahmudov və Zaur Ramazanov tutduqları vəzifədən azad ediliblər


“Haqqımızda çıxarılan qərarı klubun prezidenti Mais Mənsimov verib. Həmin qərara da hörmətlə yanaşıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın istefaya göndərdiyi məşqçisi Alim Qurbanov deyib.
Cənub təmsilçisinin rəhbərliyi Topaz Premyer Liqasında “Turan”a məğlubiyyətdən sonra keçirdiyi iclasda baş məşqçi Yunis Hüseynovun köməkçilərindən olan Qurbanovla yanaşı, Zakir Mahmudov və Zaur Ramazanovu tutduqları vəzifədən azad edib.
Həmin 3 nəfərdən biri - oynayan məşqçi Qurbanov yarandığı vaxtdan - 2004-cü ilin yayından indiyədək “Xəzər Lənkəran”ın sıralarında olan yeganə futbolçudur: “Mənim üçün gözlənilməz olan bu qərarın birdən-birə çıxarılmağı oldu. Mənə klubdan zəng edib, bu haqda məlumat verdilər. Yəqin ki, bu, komandanın ardıcıl 3 məğlubiyyəti ilə bağlıdır. İnşallah, 2 oyun dalbadal udsaq, hər şey yaxşı olar”.
Alim bildirib ki, klubla hansısa bağlılığı qalmayıb: “Mən oynayan məşqçi olduğumdan, məşq də edirdim. Klub rəhbərliyi belə qərara gəldi ki, baş məşqçinin 3 köməkçisini çıxarsın. Narazılığım yoxdur. 8 il bu klubun şərəfini qorumuşam. Haqlarını halal etsinlər. Mənim “Xəzər Lənkəran” üçün əziyyətim olubsa, haqqımı halal edirəm. Klubdan yalnız yaxşılıq görmüşəm, 8 il bu komandanın çörəyini yemişəm. Bundan sonra da ölənə kimi “Xəzər Lənkəran”a azarkeşlik edəcəyəm”.
Bir müddət istirahət etmək fikrində olan Qurbanov hər şeyi zamanın ixtiyarına buraxıb: “Hələlik dincələcəyəm, sonra harada çalışacağıma baxarıq. Əlbəttə, mən də məşqçilik kursunu bitirib, işləmək istəyirəm. AFFA-nın məşqçilik kursuna kateqoriya almaq üçün sənədlərimi vermişdim. Ancaq imtahandan kəsildiyimizdən, bunu ala bilmədim”.
Qeyd edək ki, Alim heyətində 1 ölkə çempionluğu, 3 dəfə ölkə kuboku qazandığı, 1 dəfə “Birlik kuboku”nu qazandığı “Xəzər Lənkəran”da oyun sayında 2-ci olaraq, yalnız kapitan Rahid Əmirquliyevdən geri qalır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219