• cümə, 19 Aprel, 14:04
  • Baku Bakı 25°C

“Xəzər Lənkəran“ İspaniya və Braziliyadan futbolçu gətirir

20.08.13 14:47 1171
“Xəzər Lənkəran“ İspaniya və Braziliyadan futbolçu gətirir
Avropa Liqasındakı uğursuzluqdan sonra Azərbaycan Premyer Liqasının cari mövsümündə də işləri yaxşı getməyən “Xəzər Lənkəran” yeni transferlər həyata keçirməyə çalışır. Azerisport.az xəbər verir ki, cənub klubu hazırda üç oyunçu ilə danışıqlar aparır.
Həmin futbolçuların adları açıqlanmasa da, ikisinin braziliyalı, birinin ispaniyalı olduğu bildirilir. Klubdan aldığımız məlumatda onların hamısının yarımmüdafiəçi olduğunu da öyrəndik.
“Xəzər Lənkəran”ın transfer pəncərəsi bağlanana qədər həmin oyunçuları heyətinə qatması gözlənilir.
banner

Oxşar Xəbərlər