• cümə, 19 Aprel, 08:56
  • Baku Bakı 13°C

“Xəzər Lənkəran” belə vəziyyətlə qarşılaşmamışdı

28.10.13 08:35 1453
“Xəzər Lənkəran” belə vəziyyətlə qarşılaşmamışdı
“Xəzər Lənkəran” tarixində 7-ci dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XI turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzan cənublular yarandığı 2004-cü ildən bu məğlubiyyətə qədər 6 dəfə belə yenilgi almışdı.
3 və ya daha çox top fərqi ilə alınan 7 məğlubiyyətdən 4-ü çempionat, 2-ci avrokubok, 1-i ölkə kubokuna təsadüf edib. 5 dəfə səfərdə belə acınacaqlı məğlubiyyətə üzülən “Xəzər Lənkəran” artıq 2-ci dəfədir doğma azarkeşləri önündə üzüntü yaşayır.
94 gün əvvəl İsrail “Makkabi”sinə də Lənkəranda uduzan cənublular 1 ildə 2-ci böyük hesablı yenilgisini aldı. İndiyədək “Xəzər Lənkəran” heç vaxt 1 ildə 2 böyük hesablı məğlubiyyət almamışdı.
2005/06 mövsümü, Azərbaycan kubok
07.05.2006. KARVAN (Yevlax) - 0:3
2008/09 mövsümü, UEFA kuboku
31.07.2008. LEX (Polşa) - 1:4
2010/11 mövsümü, Premyer Liqa
17.10.2010. GƏNCƏ (Gəncə) - 1:4
2011/12 mövsümü, Premyer Liqa
06.11.2011. NEFTÇİ (Bakı) - 0:5
2011/12 mövsümü, Premyer Liqa
14.04.2012. BAKI (Bakı) - 1:4
2013/14 mövsümü, Avropa Liqası
25.07.2013. MAKKABİ (Hayfa, İsrail) – 0:8
2013/14 mövsümü, Premyer Liqa
27.10.2013. QARABAĞ (Ağdam) – 0:3
banner

Oxşar Xəbərlər