AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Xəzər Lənkəran” axtardığını tapdı

“Xəzər Lənkəran” axtardığını tapdı

İdman
07 Fevral 2013, 16:53 1448
“Xəzər Lənkəran” növbəti transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi argentinalı hücumçu Lusiano Esteban Olquini heyətinə qatır. Sonuncu dəfə Çinin I liqasında “Hohhot” klubunda oynayan 31 yaşlı legioner birbaşa müqaviləyə gəlir.

Ötən ilin martında müqavilə bağladığı bu komandada 15 oyun keçirən Lusiano 2010-cu ildən Çində oynayır. Belə ki, 2010/11 mövsümündə Superliqada “Tyanjin” klubunda 34 matçda 15 qol vurub.
1,88 metr boya malik Olquin peşəkar karyerasına 2004-cü ildə başlayıb və ilk vaxtlar vətənində “Rasinq” (2004-cü il, 2 oyun), “San Martin” (2004-cü il, 4 oyun) klubunda forma geyib.
2005-ci ildən legioner həyatına başlayan hücumçu Belçikada “Royal Antverp”də (2005-08-ci illər, 54 oyun, 18 qol) və “Beveren”də (2008-09, 24 oyun, 9 qol), Yunanıstanda “Pyerikos”da (2009-10, 25 oyun, 6 qol) oynayıb.