• cümə, 29 Mart, 10:04
  • Baku Bakı 5°C

Xəzər İbrahim: "NATO təlimində Türkiyəyə qarşı yol verilən əməlin izahı ola bilməz”

21.11.17 13:45 1461
Xəzər İbrahim: "NATO təlimində Türkiyəyə qarşı yol verilən əməlin izahı ola bilməz”
"NATOtəlimində Türkiyəyə qarşı edilən səhvin və ağla sığmayan addımın atılmasının izahatı ola bilməz”.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimNATO-nun Norveç və Hollandiyada keçirilən təlimlərində Türkiyəyə qarşı baş vermiş təxribatlara münasibət bildirərkən deyib.
O bildirib ki, TürkiyəNATO-nun ən önəmli üzvlərindən biridir: "Mustafa Kamal Atatürk və prezidentRəcəb Tayyib ƏrdoğanTürkiyənin simvoludur. Hər ikisi Qərblə Türkiyənin münasibətlərinin inkişafı üçün çox işlər görüb, hər zaman dostlarının yanında olub.NATOtəlimində belə bir səhvə yol verilməsinin, ağlagəlməz addımın atılmasının izahı yoxdur. Hadisədən sonraNATOtərəfindən dəfələrlə üzr istənildi. Türkiyənin bu izahatları qəbul etməməsi tamamilə məntiqlidir. Bir daha qeyd edirəm ki, bu kimi işlər ağla və məntiqə sığmır”.
Qeyd edək ki, X. İbrahim daha əvvəl AzərbaycanınNATO-dakı səfiri olub.
banner

Oxşar Xəbərlər