• cümə axşamı, 28 mart, 23:27
  • Baku Bakı 13°C

Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlardan biri müalicə aldığı Fransada vəfat edib

12.05.19 18:33 1000
Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlardan biri müalicə aldığı Fransada vəfat edib
Mayın 8-də "İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi "Saipem" şirkəti tərəfindən mayın 11-də təşkil olunub.
Bu barədə Trend-ə məlumat "Saipem" şirkətindən verilib.
Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.
"Saipem" şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşın həyatına heç bir təhlükə yoxdur.
banner

Oxşar Xəbərlər