“Xəz dərili Madonna” teatr səhnəsində
Səbahətdin
Əlinin dünyanın 30-a yaxın ölkəsinə səs salmış "Xəz dərili Madonna”-sının teatr
versiyası nümayişə hazırdır. Türk ədəbiyyatının dövrü keçməyən, bu gün də çox
satılanlar siyahısında olan bu nümunəsi yenə gündəmdədir. Belə ki, martın
8-9-unda Zorlu PSM Centerdə nümayiş olunacaq tamaşada əsərin baş qəhrəmanı
Maria Puder üçün xüsusi ətir hazırlanıb. Baş rollarını Menderes Samancılar,
Tuba Ünsal, Alper Saldıran və Sercan Badurun paylaşdığı pyes dünyanın ilk qoxu
inteqrasiyası edilən tamaşası olacaq. Bu xüsusi ətir isə "MG İnternational
Fragrance” şirkəti tərəfindən hazırlanıb.
Tamaşanın
gedişatında müəllifin təsvirlərini canlı saxlamaq məqsədi ilə istifadə olunacaq
ətirlərə – Maria Puder, Raif Efendi, Atlantis və Botanika Bağı adları verilib.
"MG İnternational Fragrance” şirkətinin PR şöbəsinin müdiri Duyğu Beşbıçaq:
"Bizə belə bir təklifin gəlməsilə həyəcanverici təcrübə yaşadıq. Maria Puder
üçün zəfəran və əmbərin ətrini birləşdirən, hər yerdə dərhal hiss edilən və
qadını xatırladan şirin qoxu hazırladıq. Türk dəyərlərini təmsil edən Raif
Əfəndi üçün sadə sabun qoxusu hazırladıq”.
Romanı
səhnələşdirən Engin Alkandır. Alkan həm də rejissor kreslosunda əyləşir. Səhnə
əsərinin musiqiləri Sezen Aksuya aiddir. Maria Puder avtoportreti üzərində
rəssam Ahmet Günəştəkin işləyib.