“Xəz dərili Madonna” sərgisi
Səbahəddinin
Əlinin "Xəz dərili Madonna” romanının türkiyəli aktrisa Tuba Ünsalın ortaq
təşkilatlılığı və baş rolu ilə səhnələşdirilmiş teatr nümayişi üçün "Beymen
Collection” geyim şirkətinin dizayner qrupu tərəfindən hazırlanmış xüsusi
geyimlər sərgilənir. "Vogue Türkiye”-nin xəbərində bildirilir ki, Beymen Zorlu
Centerdə nümayiş etdirilən kolleksiya cari ilin 16 fevral-16 mart tarixləri
arasında ziyarətçilərin ixtiyarında olacaq. Sərginin əsas hissəsini romanın baş
rollarını bölüşən qəhrəmanlar Maria Puder və Raif Əfəndinin geyimləri təşkil edir. İki obraz arasındakı
məhəbbət macərasından bəhs edən romanda 1920-1940-cı illər arasında cərəyan
edən hadisələrə birbaşa və ya dolayı yolla qoşulmuş digər obrazların geyinəyəcəyi
16 kostyum isə sərgiyə xüsusi bir rəng qatır.
"Beymen
İncəsənət Əsərləri Bölməsi”-nin müdiri Murat Türkili və "Beymen Collection”
dizaynerlərinin dövrün sosial mühitini, moda ruhunu və Səbahəttin Əlinin
baxışını əsas götürərək işlədiyi bu kolleksiyanın teatr oyununun nümayişləri
bitdikdən sonra satışa çıxarılması gözlənilir.