• çərşənbə, 17 Aprel, 01:10
  • Baku Bakı 14°C

“Xəz dərili Madonna” sərgisi

26.02.18 16:40 1351
“Xəz dərili Madonna” sərgisi
Səbahəddinin Əlinin "Xəz dərili Madonna” romanının türkiyəli aktrisa Tuba Ünsalın ortaq təşkilatlılığı və baş rolu ilə səhnələşdirilmiş teatr nümayişi üçün "Beymen Collection” geyim şirkətinin dizayner qrupu tərəfindən hazırlanmış xüsusi geyimlər sərgilənir. "Vogue Türkiye”-nin xəbərində bildirilir ki, Beymen Zorlu Centerdə nümayiş etdirilən kolleksiya cari ilin 16 fevral-16 mart tarixləri arasında ziyarətçilərin ixtiyarında olacaq. Sərginin əsas hissəsini romanın baş rollarını bölüşən qəhrəmanlar Maria Puder və Raif Əfəndinin geyimləri təşkil edir. İki obraz arasındakı məhəbbət macərasından bəhs edən romanda 1920-1940-cı illər arasında cərəyan edən hadisələrə birbaşa və ya dolayı yolla qoşulmuş digər obrazların geyinəyəcəyi 16 kostyum isə sərgiyə xüsusi bir rəng qatır.
"Beymen İncəsənət Əsərləri Bölməsi”-nin müdiri Murat Türkili və "Beymen Collection” dizaynerlərinin dövrün sosial mühitini, moda ruhunu və Səbahəttin Əlinin baxışını əsas götürərək işlədiyi bu kolleksiyanın teatr oyununun nümayişləri bitdikdən sonra satışa çıxarılması gözlənilir.
banner

Oxşar Xəbərlər