• cümə, 29 Mart, 19:33
  • Baku Bakı 14°C

Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir

31.07.18 12:08 1025
Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir
Azərbaycanın xalq artisti,"Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimindəmədəniyyət və incəsənət xadimləri,ictimaiyyət nümayəndələri,bəstəkarın ailə üzvləriiştirak edirlər.
Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə dünən öz evində vəfat edib.
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.
banner

Oxşar Xəbərlər