• cümə, 29 Mart, 14:09
  • Baku Bakı 14°C

Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib

31.07.18 13:57 767
Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib
Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb.
APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət naziriƏbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev X.Mirzəzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib: "Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri ilə vidalaşırıq. Onun musiqisi dünyanın bir çox ölkələrində səslənərək rəğbət qazanıb. Heç kəs bu dünyada əbədi qalmır, illər keçir, dövr dəyişir, amma bu dünyadan köçənlər insanların yaddaşında əməlləri, yaratdığı əsərlər və xoş təəssüratları ilə qalır. Allah rəhmət eləsin".
Bəstəkar, xalq artisti Faiq Sücəddinov X.Mirzəzadənin vəfatının ağır bir itki olduğunu və onun həmişə qəlblərdə yaşayacağını deyib.
Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva, Akademiyanın prorektoru Zemfira Qafarova mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.
Ailəsi adından mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə vida mərasimində iştirak edənlərə təşəkkür edib.
Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.
banner

Oxşar Xəbərlər