• şənbə, 27 Aprel, 06:48
  • Baku Bakı 12°C

Xeyli sayda silah könüllü olaraq polisə təhvil verilib

17.01.18 13:40 1017
Xeyli sayda silah könüllü olaraq polisə təhvil verilib
"Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsini verir”.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd "AKMS” markalı avtomat silahı, 2 ədəd "İJ”, 3 ədəd "TOZ” markalı tüfənglər, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.
banner

Oxşar Xəbərlər