• çərşənbə, 24 Aprel, 06:21
  • Baku Bakı 13°C

Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilə bilər

21.07.17 14:20 709
Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilə bilər
"Zərurət yaranarsa, paytaxtın Yusif Səfərov küçəsində aparılan optimallaşdırma işləri çərçivəsində adıçəkilən küçədə yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilə bilər".
"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
"Bu, yalnız bizdən asılı deyil. "Yolların Optimallaşdırılması Layihəsi" çərçivəsində heykəlin yerinin dəyişdirilməsi zərurəti yarana bilər. Bunun üçün müvafiq qurumlara müraciət olunacaq və yalnız onların razılığı ilə köçürülmə baş tutacaq", - deyə qurum rəsmisi qeyd edib.
banner

Oxşar Xəbərlər