AZE | RUS | ENG |

Xətaidə “Eskobar”ın dəstəsinin daha bir üzvü saxlanılıb

Xətaidə “Eskobar”ın dəstəsinin daha bir üzvü saxlanılıb
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin daha bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı paytaxt sakini Taleh Mehdiyev saxlanılıb. Araşdırma zamanı onun ötən ay saxlanılan "Eskobar” ləqəbli narkotacin Məhəmməd Məmmədzadə ilə birlikdə Azərbaycana qanunsuz olaraq satmaq məqsədi ilə narkotik vasitələr gətirdiyi sübuta yetirilib. Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprel ayında həyata keçirilən əməliyyat zamanı M.Məmmədzadə və narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəbəkə ifşa edilib. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib. Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775