• cümə, 19 Aprel, 23:26
  • Baku Bakı 24°C

Xətaidə döyüş tətbiqinə yararlı əl qumbarası tapılıb

10.02.19 09:00 1111
Xətaidə döyüş tətbiqinə yararlı əl qumbarası tapılıb
Bakıda əl qumbarası tapılıb.
Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə şəhərin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunublar. XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkar olunmuş sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır.
Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Qumbaranın tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

banner

Oxşar Xəbərlər